Поиск:

Farhad SALMAN

0 0

О чем думаете?

 -Видео

Piylenme ve diabet
Смотрели: 119 (0)
Lenkeranda diabetli ushaqlar uchun aksiy
Смотрели: 48 (0)
Insulin pompasi
Смотрели: 66 (0)
Qanda shekeri ne uchun olchmek lazimdir?
Смотрели: 46 (0)
Qanda yuksek sheker
Смотрели: 44 (0)

 -Подписка по e-mail

 
Получать сообщения дневника на почту.

 -Поиск по дневнику

люди, музыка, видео, фото
Поиск сообщений в Farhad_SALMAN

 -Статистика

Статистика LiveInternet.ru: показано количество хитов и посетителей
Дата регистрации: 26.10.2007
Записей в дневнике: 115
Комментариев в дневнике: 1
Написано сообщений: 183
Популярные отчеты:
кто смотрел дневник по каким фразам приходят

Sağlamlıq olarkən onun kimi ucuz heç nə olmur, lakin o itirildikdən sonra heç nə onun kimi dəyərli ola bilmir .

 

                                  BLOQ HAQQINDA    

 

Bu bloqda mənim azərbaycan dilində sağlamlıq, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, psixi kamillik, sağlamlığı möhkəmlətmək haqqında fikirlərim öz əksini tapacaq və mən burada sağlamlıq haqqında ən maraqlı fikirləri, məqalələri yerləşdirəcəyəm. Uzun illər sağlam həyat tərzi keçirdiyimə, sağlamliğa aid çoxlu ədəbiyyat, elmi məqalələr oxuduğuma görə öz fikirlərimi, təcrübəmi kiminləsə bölüşmək, kiməsə kömək etmək, kimisə sağlam həyat tərzinə cəlb etmək üçün mən DİABET.AZ saytının və bu bloqun imkanlarindan istifadə etmək qərarına gəldim. Bu bloqda azərbaycan dilli insanlar üçün “SAĞLAM OL” birliyi yaratmaq və bu birliyə sağlam həyat tərzi keçirən, daim öz sağlamlığını təkmilləşdirən, xəstəliklətsiz həyat yaşamaq istəyən bütün insanları dəvət edirəm. Burda siz üz təcrübənizi hamı ilə böüşdürə bilər, məsləhətlər verə bilər, maraqlı bildiyinz sağlamlıq haqqında fikirlərinizi yerləşdirə bilərsiniz.

Sağlamlaşdırma sistemini yaradan böyük Pol Breq öz həyat tərzində sağlamlaşdırma sistemini tətbiq etməklə, ona əməl etməklə, həyat tərzi, təcrübəsi ilə insanın sağlamlığını təkmilləşdirməkdə nələrə qadir ola bilməyini göstərdi. 90 yaşında o gənc oğlan kimi güclü,hərəkətli, dözümlü, çevik idi. O hər gün 3-5 km qaçır,çoxlu üzür, dağlara qalxır,tennis oynayır, rəqs edir,uzun müddətli piyada səfərlər edir,qantel və girilərlə məşq edir, çox maraqla serfinqlə məşğul olurdu. Onun iş saatı hər gün 12 saat davam edir, o yorğunluq və xəstəlik nə olduğunu bilmir, optimizm, gümraylıqla dopdolu olurdu və daim insanlara kömək etməyə hazır idi.

 http://diabet.az/)

 

 

Поиск сообщений в Farhad_SALMAN
Страницы: [11] 10 9 ..
.. 1 RSS - Дневник FARHAD_SALMAN Календарь Сохранить

Комментарии (0)

Видео-запись: Piylenme ve diabet

Видео

Пятница, 25 Марта 2011 г. 10:47 (ссылка) + в цитатник
Просмотреть видео
232 просмотров

Müasir dövrdə sağlamlıq üçün ən böyük problem artıq çəki və piylənmədir. Piylənmə və artıq çəki diabetə, ateroskleroza, hipertoniyaya, oynaqlarda fəsadlara, nevrozlara, immunitetin zəifləməsinə və bir çox digər xəstəliklərə səbəb olur və ya yaranmasına şərait yaradır. 

diabet.az

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Lenkeranda diabetli ushaqlar uchun aksiya

Видео

Четверг, 24 Марта 2011 г. 19:51 (ссылка) + в цитатник
Просмотреть видео
103 просмотров


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Insulin pompasi

Видео

Четверг, 24 Марта 2011 г. 15:50 (ссылка) + в цитатник
Просмотреть видео
106 просмотров

 

diabet.az)

 

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Qanda shekeri ne uchun olchmek lazimdir?

Видео

Четверг, 24 Марта 2011 г. 15:21 (ссылка) + в цитатник
Просмотреть видео
91 просмотров

Qanda şəkəri nə üçün ölçmək lazımdır? Çünki qanda şəkərin səviyyəsinin yuxarı olması əlamətsiz gedir və biz uzun illər yüksək şəkərlə yaşayar və onu hiss etməyə bilərik.

diabet.az)
 

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Qanda yuksek sheker

Видео

Четверг, 24 Марта 2011 г. 14:42 (ссылка) + в цитатник
Просмотреть видео
91 просмотров

 

Qanda şəkəri nə üçün normada saxlamaq lazımdır? Yüksə şəkər hansı fəsadları verə bilər və qan damarlarına necə təsir edir? Bu və digər suallara cavabı burada ala bilərsiniz?

 

diabet.az


 

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Qida ile shekerin tenzimlenmesi

Видео

Четверг, 24 Марта 2011 г. 09:37 (ссылка) + в цитатник
Просмотреть видео
80 просмотров

Qidalanma şəkərli diabetin kompensasiyasında əsas şərtdir və qanda şəkəri normada saxlamağın ən vacib, birinci yerdə duran amili düzgün qidalanmadır.

diabet.az)
 

Рубрики:  DIABET

Комментарии (0)

Видео-запись: Diabet

Видео

Среда, 23 Марта 2011 г. 13:59 (ссылка) + в цитатник
Просмотреть видео
64 просмотров

Beş faktor vardır ki, saglam və uzun ömür üçün onları daim normada saxlamaq lazımdir. Bunlar qanda şəkər, xolesterin, arterial təzyiq, çəki və bel dövrəsinin ölçüsüdür. 

diabet.az)

Рубрики:  DIABET

Комментарии (0)

Без заголовка

Дневник

Четверг, 13 Января 2011 г. 16:48 (ссылка) + в цитатник

 (129x129, 4Kb)

Ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi
Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir
insan ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir
nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:
•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı
(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)
•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı
•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı
Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.
Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.
Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.
Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman "kurs müalicəsinin" qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.
Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.
Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!
Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir.

http://diabet.az/

Рубрики:  HIPERTONIYA
XOLESTERIN

Комментарии (0)

Без заголовка

Ссылка

Воскресенье, 12 Декабря 2010 г. 14:26 (ссылка) + в цитатник

 (300x238, 30Kb)

Arıqlamaq istəyənlər üçün məsləhətlər 

 

Hər pəhriz dərdə dəva olmur. Sağlamlığa zərər vermədən arıqlamağın yolları...


İzafi çəkili xanımlar pəhriz seçimində görünşlərini yox, özlərini düşünməlidir.

Kökəlmə süni qidalardan və içkilərdən aşırı istifadə nəticəsində orqanizmdə şlakların (üzvi tullantıların) yığılıb qalmasının nəticəsidir. Tədricən bu şlaklar orqanizm ücün zəhərli maddələrə çevrilir. Artıq çəki bir çox xanım üçün gerçək mənada problemə çevrilib. Bir çoxumuz müxtəlif dietlərlə buna nail olmağa çalışırıq. Amma nəzərə almaq lazımdır ki, həkim nəzarəti olmadan, kor-koranə pəhriz saxlamaq sağlamlıq üçün zərərlidir, hətta həyatınız üçün təhlükəlidir. Ölümlə nəticələnən belə pəhriz olaylarına Türkiyə telekanallarında hər gün rast gəlirik. Bəs sağlamlığa zərər vermədən necə arıqlamaq olar? Ümumiyyətlə, yeyərək arıqlamaq olarmı?
Sizə təqdim etdiyimiz bu siyahı dəfələrlə sınaqdan keçirilib və müsbət nəticə verib.

1. Yağlı və şirin qidaları maksimum azaltmaq
2. Qızardılmış yeməklər yeməmək
3. Süni qidalardan və içkilərdən imtina etmək
4. Tez-tez qazsız su içmək
5. Mümkün qədər çiy qida qəbul etmək
6. Çoxlu qatıq və meyvə-tərəvəz yemək
7. Çörək, duz, şəkəri azaltmaq
8. Bol çeçiddə ədviyyatlardan istifadə etmək
9. “Fast-food”dan imtina etmək
10. Hər gün limon, kələm, sarımsaq yemək
11. Ət, yumurta və süd məhsullarından imtina (qatıqdan başqa)
12. Tez-tez ilıq su ilə yuyunmaq
13. Açıq havada gəzmək
14. Heç bir halda əsəbiləşməmək
15. Günəş vannası qəbul etmək (12-17 arası istisna olmaqla)
16. Yalnız taxt çarpayıda və arxası üstə yatmaq
17. Sutkada 7 saatdan artıq yatmamaq
18. Yüngül gimnastika və qaçış
19. Kosmetikadan istifadəni minimuma endirmək
20. Xəstələndikdə ilk növbədə təbii müalicəyə üstünlük vermək

Qeyd edək ki, göstərilən şərtlər dahi yapon alimi, dünya şöhrətli dietoloq Katsudzo Nişinin tərtib etdiyi sağlamlıq sistemi əsasında hazırlanıb. Dünyada məhşur “Natural gigiyena” hərəkatı da bu qaydalara istinad edir. Bu qaydalara əməl etmək insanı təkcə arıqlatmır, həm də sağlam saxlayır. Arıqlamaq üçün zorakı üsullardan istifadə ağır fəsadlara, hətta ölümə gətirib çıxarır. Bu qaydalar isə, yoqa sisteminə aiddir və çox effektlidir.

Lalə Mehralı
Milli.Az 

Рубрики:  ARTIQ CEKI--PIYLENME


Поиск сообщений в Farhad_SALMAN
Страницы: [11] 10 9 ..
.. 1 Календарь  Экспорт Сохранить

Анекдоты | Политика | Экономика | Культура | Жизнь | Спорт | Автомобили | Ваш дом | Отдохни | Здоровье | Образование и работа | Умные вещи | Личные деньги
ИГРЫ | Толстушка | Астропрогноз | Фотоконкурсы | pda.kp.ru
Новости@Mail.ru Rambler's
Top100