




Дневник FARHAD_SALMANДневник: (98) Музыка: (2) Видео: (7) Фотоальбом: (5) Ссылки: (8) Лента Профиль-> |
Sağlamlıq olarkən onun kimi ucuz heç nə olmur, lakin o itirildikdən sonra heç nə onun kimi dəyərli ola bilmir .
BLOQ HAQQINDA
Bu bloqda mənim azərbaycan dilində sağlamlıq, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, psixi kamillik, sağlamlığı möhkəmlətmək haqqında fikirlərim öz əksini tapacaq və mən burada sağlamlıq haqqında ən maraqlı fikirləri, məqalələri yerləşdirəcəyəm. Uzun illər sağlam həyat tərzi keçirdiyimə, sağlamliğa aid çoxlu ədəbiyyat, elmi məqalələr oxuduğuma görə öz fikirlərimi, təcrübəmi kiminləsə bölüşmək, kiməsə kömək etmək, kimisə sağlam həyat tərzinə cəlb etmək üçün mən DİABET.AZ saytının və bu bloqun imkanlarindan istifadə etmək qərarına gəldim. Bu bloqda azərbaycan dilli insanlar üçün “SAĞLAM OL” birliyi yaratmaq və bu birliyə sağlam həyat tərzi keçirən, daim öz sağlamlığını təkmilləşdirən, xəstəliklətsiz həyat yaşamaq istəyən bütün insanları dəvət edirəm. Burda siz üz təcrübənizi hamı ilə böüşdürə bilər, məsləhətlər verə bilər, maraqlı bildiyinz sağlamlıq haqqında fikirlərinizi yerləşdirə bilərsiniz.
Sağlamlaşdırma sistemini yaradan böyük Pol Breq öz həyat tərzində sağlamlaşdırma sistemini tətbiq etməklə, ona əməl etməklə, həyat tərzi, təcrübəsi ilə insanın sağlamlığını təkmilləşdirməkdə nələrə qadir ola bilməyini göstərdi. 90 yaşında o gənc oğlan kimi güclü,hərəkətli, dözümlü, çevik idi. O hər gün 3-5 km qaçır,çoxlu üzür, dağlara qalxır,tennis oynayır, rəqs edir,uzun müddətli piyada səfərlər edir,qantel və girilərlə məşq edir, çox maraqla serfinqlə məşğul olurdu. Onun iş saatı hər gün 12 saat davam edir, o yorğunluq və xəstəlik nə olduğunu bilmir, optimizm, gümraylıqla dopdolu olurdu və daim insanlara kömək etməyə hazır idi.
Без заголовка |

Ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi
Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir
insan ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir
nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:
•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı
(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)
•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı
•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı
Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.
Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.
Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.
Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman "kurs müalicəsinin" qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.
Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.
Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!
Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir.
|
Без заголовка |
Arterial Hipertenziya
Arterial hipertenziya əhali arasında geniş yayılmış xəstəliklərdən biri hesab edilir.
Yaş artdıqca bu xəstəliyin yayılması daha da çoxalır. Hərçənd ki, bu xəstəliyə
cavan adamlarda da kifayət qədər tez- tez rast gəlinir.
Arterial hipertenziya 2 formada olur:
1) İdiopatik arterial hipertenziya. Buna eyni zamanda hipertoniya xəstəliyi də
deyirlər. Xəstələrin %98 bu qruba daxildir.
2) Simptomatik arterial hipertenziyalar. Bu mənşəli arterial təzyiqin yüksəlməsi
böyrək xəstəlikləri, böyrək damarlarının patologiyaları, endokrin xəstəliklər,
mərkəzi sinir sisteminin zədələnməsi və xəstəlikləri və s. səbəblərdən əmələ
gəlir.
Arterial hipertenziya dedikdə biz arterial təzyiqin hansı rəqəmlərini nəzərdə
tuturuq?
Ümumdünya Səhiyyə Təşkilatı və Arterial Hipertenziyaya görə Beynəlxalq
Təşkilatın təsnifatına görə -arterial təzyiqin >_ 140/90 olması arterial
hipertenziyanın olmasını göstərir.
Arterial hipertenziyanın əhali arasında geniş yayılmasına baxmayaraq, arterial
təzyiqə düzgün nəzarət edilmir. Nəticədə ürək, beyin, göz dibi, böyrəklər və
damarlar tərəfindən ciddi fəsadlar baş verir. Xəstələr uzun müddət arterial
hipertenziyanın olmasına baxmayaraq, onun səviyyəsinə fikir vermirlər, dərman və
dərmansız vasitələrdən ( pəhriz, rejim ) istifadə etmirlər yaxud onlara əməl
etmirlər. Bir qrup xəstələrdə arterial hipertenziyanın müxtəlif əlamətlərinin
olmasına baxmayaraq arterial təzyiqi ölçmürlər, müxtəlif ağrıkəsici preparatların
qəbulu ilə məhdudlaşırlar. Arterial təzyiqin yüksək olmasına baxmayaraq, bir çox
xəstələr düzgün, adekvat dozada hipotenziv terapiya qəbul etmirlər. Müalicə qəbul
edənlərin çox az bir hissəsi düzgün müalicə qəbul edirlər və nəticədə miokardın
infarktı, baş beyin insultu, böyrək çatışmazlığı, görmənin pozulması, zəifləməsi və
s. kimi həyat üçün çox təhlükəli olan ağırlaşmalar baş verir. Buna görə arterial
hipertenziyanı məhz “ gizli qatil” adlandırırlar. Xəstəlik davam edir və arterial
hipertenziya tədricən hədəf üzvlərini zədələyir.
Arterial hipertenziya eyni zamanda bir çox başqa xəstəliklərin, o cümlədən ürəyin
işemik xəstəliyinin, şəkərli diabetin əmələ gəlməsini sürətləndirir. Ədəbiyyat
məlumatlarına görə, arterial hipertenziyası olan xəstələrin 1/3 –də eyni zamanda
şəkərli diabet də müşahidə edilir, miokardın infarktı, ürək çatışmazlığı daha tez-tez
baş verir.
Arterial hipertenziyanın geniş yayılmasını nəzərə alaraq, artıq bir neçə ildir ki,
Avropa dövlətlərində hipertenzioloq ştatı təsis edilmişdir ki, bu ixtisaslı həkimlər
yalnız arterial hipertenziyanın aşkar edilməsi, diaqnostikası və müalicə məsələləri
ilə məşğul olurlar. Ancaq bu xəstəliyin gedişinə ciddi nəzarət etməklə, dərman
müalicəsinə və dərmansız tədbirlərə əməl etməklə xəstəliyin verə biləcək
ağırlaşmalarının qarşısını almaq olar.
Məlumdur ki, arterial hipertenziya formalaşandan sonra bu xəstəlik sağalmır.
Bütün dünyada xəstəliyin müalicəsinin prinsipi ondan ibarətdir ki, arterial təzyiqin
səviyyəsinə düzgün nəzarət olunsun, arterial təzyiq < 140/90 mm c. süt. olsun.
Belə olduqda xəstəliyin ağırlaşmaları da azalır, xəstələr uzun müddət həyat
keyfiyyəti göstəriciləri pozulmadan yaşaya bilirlər.
Hipertaniyalı bütün xəstələr qəti olaraq duzdan uzaq durmalıdır. Unutmayaq ki,
təzyiqin kontroldan çıxmasının ən əsas səbəblərindən biri duzdan istifadə
edilməsidir. Qəti şəkildə süfrənizdə duz tutmayınız, süfrədəykən heç bir yeməyə
duz əlavə etməyiniz. Yemək pişirirkən yeməyə olduqca az duz qatın. Onsuzda
günümüzdəki bir çox qidada normadan xeyli yüksək duz mevcuddur.
Xəstəliyin müalicəsində hal-hazırda müxtəlif təsir mexanizmli antihipertenziv
dərman preparatları müvəffəqiyyətlə istifadə edilir.
Unutmayaq ki, həkiminiz tərəfindən sizə məsləhət görülən təzyiq dərmanları hər
gün və ömürlük istifadə edilməlidir. Dərman istifadəsindən sonra təzyiqiniz normal
seyredəcək. Dərman istifadəsinə baxmayaraq təzyiqiniz yüksək seyr edərsə mütləq
öz həkiminizə baş vurun. Bu halda həkiminiz ilkin olaraq istifadə etdiyiniz
dərmanın dozasını artıracaq. Ehtiyac olarsa əlavə dərman pereparatı yazacaq.
Dərmanınızı bu hala aldanaraq kəsməyiniz. Çünkü 1-3 gün sonra təzyiqiniz təkrar
yüksələcəkdir.
Hər bir təzyiq xəstəsinin etməsi gərəkənlər:
1. Bütün yeyəcəkləri mümkün olduqca duzsuz olmalıdır.
2. Artıq kilolarını verməlidirlər.
3. Təzyiq dərmanlarını vaxtında qəbul etməlidirlər.
4. Şəkər xəstəliyi varsa qanda şəkər səviyyəsi normala gətirilməlidir.
5. Gündə ən az 4-6 km iti addımlarla gəzintiyə çıxmaq lazımdır.
6. Siqret qəti şəkildə buraxılmalı və yanınızda siqret çəkilməsinə belə izin
verməməlisinz. Çünkü bu halda siz də ən azi %25 siqaret çəkmiş kimi
olursunuz.
7. Mümkün olduqca bitkisəl yeməklər və meyvələr daha çox istifadə edilməlidir.
8. Yağlı yeməklərdən uzaq durulmalıdır.
9. Əsas olaraq toyuq və balıq əti istifadə edilməlidir.
“Arterial hipertenziya” işçi qrupunun üzvlərinin məqsədi əhalimizi bu
patologiyanın Azərbaycanda yayılması, səbəbləri, əmələ gəlmə mexanizmləri,
diaqnostikası üsulları və müalicəsinə dair həm ölkəmizdə, eyni zamanda dünyada
olan yeni məlumatlarla tanış etməkdən ibarət olacaqdır. Çalışacayıq ki, əhaliyə bu
sahədə yüksək ixtisaslı yardım və məsləhətlərimizlə kömək edək.
“Arterial hipertenziya” işçi qrupu adından
S. Mehdiyev.
|